“Neftçi”nin rəqibləri heç-heçə oynadı
14.07.2023 - 00:25
![“Neftçi”nin rəqibləri heç-heçə oynadı](https://apasport.az/storage/news/2023/july/14/big/64b05e73c5e0e64b05e73c5e0f168928011564b05e73c5e0c64b05e73c5e0d.jpg)
UEFA Konfrans Liqasında ölkəmizi təmsil edəcək “Neftçi”nin potensial rəqibləri qarşılaşıb.
Apasport.az saytı xəbər verir ki, Minsk “Dinamo”su səfərdə “Jelezniçar”la heç-heçə oynayıb.
Turnirin I təsnifat mərhələsinin ilk oyununda Belarus təmsilçisi 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Meydan sahibləri sona yaxın buraxılan qolların əvəzini çıxıblar – 2:2.
Qeyd edək ki, Minsk klubu bir həftə sonrakı ev matçını Bakıda keçirəcək.
0
0