Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilindi - FOTO
28.12.2022 - 23:57
![Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilindi - FOTO](https://apasport.az/storage/news/2022/december/29/big/63acb3db7865b63acb3db7865c167226261963acb3db7865663acb3db78658.png)
Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilinib.
Onun şəxsi məşqçisi Şəhriyar Abbasovun apasport.az-a verdiyi açıqlamaya görə, Nəriman növbəti döyüşünü martın 18-də keçirəcək.
Qazaxıstanın Almatı şəhərində keçiriləcək döyüş gecənin əsas qarşıdurması olacaq. Onun rəqibi yerli idmançı Fanil Rafikov olacaq. Döyüş Nazia Fighting Championship təşkilatı çərçivəsində baş tutacaq.
Qeyd edək ki, "Noqay" ləqəbli Fanil Rafikov 21 dəfə qalib gəlib, 6 döyüşdə uduzub. "Bayraktar" ləqəbli Nəriman Abbasov isə 28 döyüşdə qələbə qazanıb, 4 dəfə məğlub olub.
Səbuhi Musa
- Ukrayna qrupda qaldı: Belçika, Rumıniya pley-offda - YENİLƏNİB
- Güləşçilərimiz qızıl medal üçün mübarizə aparacaqlar
- Şahruddinin komandası “Qalatasaray”la matça itkilərlə çıxacaq
- Renat oynadı, komandası növbəti tura yüksəldi
- “Vize”nin futbolçusu: “Qarabağ”ın "Gent"i keçmək üçün çox yaxşı şansı var” - MÜSAHİBƏ
0
0