Nicat Abbasovdan inamlı qələbə
22.08.2023 - 20:29
![Nicat Abbasovdan inamlı qələbə](https://apasport.az/storage/news/2023/august/22/big/64e4e10c6d74164e4e10c6d742169272142064e4e10c6d73f64e4e10c6d740.jpg)
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda üçüncü yer uğrunda görüş baş tutub.
Apasport.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Nicat Abasov qələbə qazanıb.
Təmsilçimiz ilk qarşılaşmada ABŞ-lə rəqibinə qalib gəlib. Ağ fiqurlarla oynayan Nicat bu qələbədən sonra böyük üstünlük qazanıb. Sabah keçiriləcək növbəti partiyada Abasovu heç-heçə də qane edir.
Qeyd edək ki, Dünya Kubokunun finalında Maqnus Karlsenlə (Norveç) Rameşbaba Praqqnanandha (Hindistan) qarşılaşır. Tərəflər arasındakı ilk görüşdə qalib müəyyənləşməyib.
0
0