İtaliyalı futbolçu Federiko Kyeza "Liverpul"dan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.
Apasport.az xəbər verir ki, 26 yaşlı cinah oyunçusu son mövsümdə oynadığı məhdud müddətdən və komandanın taktiki planlarındakı rolundan narazıdır.
Kyezanın mövsüm ərzində start heyətdə özünə az yer tapması onun ayrılıq qərarına təsir edən əsas səbəbdir. Oyunçu daimi forma şansı əldə etdiyi bir kluba keçməyə isti baxır.
Transfer bazarında bir neçə Avropa klubu, xüsusilə İtaliya A Seriyasının nəhəngləri artıq Kyezaya maraq göstərməyə başlayıb.
"Yuventus"un da keçmiş oyunçusunu geri qaytarmaq planı olduğu bildirilir.
- "İlk dəqiqələrdə vuracağımız qol "Dinamo"nu təşvişə salacaq"
- "Eyüpspor" əl dəyişdirir: Kluba qəyyum təyin edilib
- "Sabah" - "Neftçi" matçının biletləri satışda
- "Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"
- Konfrans Liqası: "Sabah" və "Zirə"nin oyunlarını idarə edəcək hakimlər bəlli olub