“Belə tanınmış klubdan təklif aldığıma sevindim. Qısa müddətdə qərar verdik”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Yeqor Boqomolski klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, paytaxt klubuna keçidindən danışıb: “2-3 günə məsələni həll etdim. Məşqçilər korpusu və rəhbərlik keçidimdə maraqlı idi. Çox düşünmədən razılaşdım. İndi Azərbaycan çempionatı ildən ilə güclənir. “Neftçi” Konfrans Liqasında oynayır, II təsnifat mərhələsini də keçdik”.
Hücumçu Azərbaycan klubuna keçidi irəli addım sayır: “Avrokuboklarda oynamaq imkanı geriyə deyil, irəli atılan addımdır. Baş məşqçi ilə danışdım. O, məni komandasında görmək istədiyini dedi. Komandaya uyğunlaşıram. Bura öyrəşirəm. Komanda heyəti və məşqçilərə təşəkkür edirəm. Onlar adaptasiyaya kömək edirəm. Hücumçu olduğumdan əsas vəzəfəm qollar vurub komandaya fayda verməkdir. İlk məşqdən komandanın səviyyəsini gördüm. Bütün futbolçular mehribandır. Bəziləri ilə yığmaların oyununda qarşılaşmışdım. Yaxşı komanda toplaşıb. Hücumdakı rəqabətdən qorxmuram. Bu, inkişafa kömək edir. Üzərimdə daha çox çalışacam. “Rapid”lə qarşılaşmada daha çox azarkeş gözləyirəm. Biz də ən yaxşı oyunumuzu göstərib mərhələ keçməyə çalışacağıq”.
- "Mançester Siti" "Arsenal"ı məğlub edib 1/8 finala çıxdı
- Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya 7 üzv seçilib
- "Lənkəran"ın baş məşqçisi: "Quba" ilə matçlar həmişə çətin keçir"
- Yunis Hüseynov: “VAR baş hakimi monitora dəvət etməli idi”
- DÇ-2026: Türkiyə Gürcüstanı məğlub etdi, İspaniyadan inamlı qələbə - YENİLƏNİB