"Mançester Siti" və "Real"dan geridönüşlü qələbə
20.01.2023 - 01:57
!["Mançester Siti" və "Real"dan geridönüşlü qələbə](https://apasport.az/storage/news/2023/january/20/big/63c9e1278ea4d63c9e1278ea4e167417475963c9e1278ea4863c9e1278ea4b.jpg)
"Mançester Siti" və "Real" geridönüşlə qələbə qazanıb.
Apasport.az xəbər verir ki, "Siti" İngiltərə Premyer Liqasında VII turdan təxirə salınmış matçda "Tottenhem"i qəbul edib.
İlk hissədən sonra meydan sahibləri 0:2 uduzsa da, fasilədən sonra 4 qol vuraraq qalib gəliblər – 4:2. Bununla da lider "Arsenal"la 5 xallıq fərq qorunub.
Oxşar hadisə İspaniya Kubokunun "Vilyareal" – "Real" matçında da yaşanıb. Fasiləyədək 0:2 uduzan Madrid təmsilçisi ikinci 45 dəqiqədə 3 qol vuraraq qalib gəlib – 3:2. Bununla da Kral klubu 1/4 finala vəsiqə qazanan sonuncu komanda olub.
0
0