Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov "Neftçi" futbol klubunun üzvləri ilə görüşüb.
Apasport.az xəbər verir ki, klubun bazasında baş tutan görüşdə Olimpiya çempionu və futbolçular arasında bir sıra maraqlı dialoqlar yaşanıb.
H.Heydərov uşaqlıq illərindən "Neftçi"nin azarkeşi olduğunu bildirib. Sonda klubun baş məşçqisi Samir Abasov tərəfindən qonağa "Neftçi"nin 73 nömrəli forması təqdim olunub.
Hidayət Heydərov Paris-2024-də 73 kq çəki dərəcəsində qalib olub.
Qeyd edək ki, H.Heydərov dekabrın 1-də saat 19:00-da “Neftçi Arena”da keçiriləcək "Neftçi" - “Qarabağ” oyununu tribunadan izləyəcək.
- "Kəpəz"in qolkiperi: “Qismət Alıyevin zərbəsini xilas etmək çox çətin idi” - MÜSAHİBƏ
- Millimiz Avropa çempionatında iştirak edəcək
- Juninyo: "Braziliyada olduğum üçün çox xoşbəxtəm" - VİDEO
- Fransalı futbolçu komandada qalacaq: PSJ onu satmaq niyyətində deyil
- “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinin açılış mərasimi keçirilib