Osimhen Səudiyyə Ərəbistanı yolunda
"Napoli"nin "Qalatasaray"da icarə əsasında çıxış edən hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Əl-Hilal" 26 yaşlı nigeriyalı forvardın xidmətində maraqlıdır.
Klub nümayəndələri artıq futbolçunun transferi ilə bağlı danışıqlara başlayıblar.
"Əl-Hilal"ın Osimhen üçün ödəyəcəyi məbləğ nə qədərdir?
Səudiyyə Ərəbistanı klubu Osimhen üçün nəzərdə tutulan 75 milyon avroluq məbləği ödəyərək müqavilədə qeyd olunan transfer hüququndan yararlanmaq istəyir.
Osimhen bu mövsüm "Qalatasaray"da neçə qol vurub?
Qeyd edək ki, bu mövsüm hücumçu "Qalatasaray"ın heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 23 qol vurub və 5 məhsuldar ötürmə edib.
- “Qəbələ”də ayrılıq - RƏSMİ
- Elşad Quliyev: “Əsas məqsədimiz qrupdan çıxmaqdır”
- Azərbaycan millisinin üzvləri danışılmış oyunlarla bağlı seminarda iştirak ediblər
- Azərbaycan Karate Federasiyasının rəhbərliyi millinin üzvləri və məşqçilərlə görüş keçirib
- Şəkidə “Enactus Dünya Kuboku Simulyasiyası 2024” düşərgəsi keçirildi