Pakistan millisinin üzvü Azərbaycana gəlir? - “Qarabağ” hərəkətə keçdi
07.01.2026 - 14:26
Pakistan millisinin üzvü Azərbaycana gəlir? - “Qarabağ” hərəkətə keçdi

Azərbaycan çempionu Qarabağ İsveç təmsilçisi "Myallbü"nün müdafiəçisi Abdullah İqbalı transfer siyahısına daxil edib.

Apasport.az xəbər verir ki, bu barədə İsveçin fotbooldirekt.se saytı məlumat yayıb.

Ağdam klubu Pakistan millisinin üzvü üçün rəsmi təklif göndərməyə hazırlaşır.

Bildirilir ki, 23 yaşlı mərkəz müdafiəçisi Avropanın digər klublarının da diqqət mərkəzindədir. Belə ki, futbolçunun xidmətində Macarıstanın "Ferentsvaroş" və Belçikanın "Gent" klubları da maraqlıdır.

Qeyd edək ki, Abdullah İqbal geridə qalan mövsümdə “Myallbü”nün heyətində meydana çıxdığı 24 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Pakistanlı futbolçunun bazar dəyəri 2 milyon avro olaraq qiymətləndirilir.