Fransanın paytaxtı Parisdə parataekvodo üzrə Qran-pri başa çatıb.
Apasport.az-ın məlumatına görə, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə G6 kateqoriyalı yarışa qatılan Azərbaycan millisinin üzvlərinin hər biri medal qazanıb.
Baş məşqçi Fərid Tağızadənin yetirmələrindən Sabir Zeynalov (58 kq) 1/4 finalda yaponiyalı rəqibini 29:18 hesabı ilə məğlub edib. O, yarımfinalda türkiyəli idmançıya uduzaraq 3-cü yeri tutub.
İmaməddin Xəlilov (70 kq) da Qran-priyə qələbə ilə başlayıb. Həmyerlimiz startda braziliyalı parataekvondoçuya 39:15 hesabı ilə qalib gəlib. Xəlilov yarımfinalda Argentina təmsilçisi ilə döyüşüb və məğlub olduğundan bürünc medala sahib olub.
Əbülfəz Abuzərli (80 kq) də yarışı 3-cü pillədə başa vurub. Parataekvondoçumuz Türkiyə millisinin üzvünə 25:24 hesabı ilə qalib gəlsə də, ardınca Cənubi Koreya idmançısına məğlub olaraq bürünc medala layiq görülüb.
Qeyd edək ki, hər 3 parataekvondoçu K-44 kateqoriyasında qüvvəsini sınayıb.
- İbanes razılaşdı, qaldı “Roma”
- "Sumqayıt" yenə qol vura bilmədi, "Zirə"dən 3 aldı - YENİLƏNİB
- İsveç yığmasının kapitanı: "Azərbaycan 3 qol buraxdıqdan sonra da təslim olmadı"
- “Turan Tovuz”un kapitanı: “Qarşımıza avrokuboklara düşmək kimi məqsəd qoyulmayıb” - Müsahibə
- İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib