Paris-2024: Paraüzgüçümüz bürünc medal qazanıb
05.09.2024 - 21:43
![Paris-2024: Paraüzgüçümüz bürünc medal qazanıb](https://apasport.az/storage/news/2024/september/05/big/66d9eddd6218566d9eddd62186172555823766d9eddd6218366d9eddd62184.jpg)
Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında finalda mübarizə aparıb.
Apasport.az xəbər verir ki, B13 kateqoriyasında mübarizə aparan paralimpiyaçı 100 metr məsafəyə brass üsulu ilə yarışıb.
Vəli İsrafilov 1:05:35 nəticə ilə üçüncü pillədə qərarlaşaraq bürünc medal qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Paralimpiadasında 3 qızıl, 1 gümüş, 3 bürünc qazanıb.
0
0