![Peşəkar Futbol Liqasının pley-off oyunları ilə bağlı məlumatı](https://apasport.az/storage/news/2024/may/24/big/665086cd0e32f665086cd0e3301716553421665086cd0e32d665086cd0e32e.jpg)
2024/2025 mövsümündə Azərbaycanın I Liqasında çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutan klubla II Liqada 2-ci olan komanda arasında mübarizə aparmaq üçün pley-off yarışları ilə bağlı hüquqi məsələlər həllindən sonra yekun qərar veriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
2024/2025 mövsümündə II Liqada çıxış etmək cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalı arasında pley-off matçları üçün komanda təşkil etdiyi kimi mayın 29-da və iyunun 4-də baş tutacaq.
Qeyd edək ki, I Liqanı 27 xalla səkkizinci pillədə başa vuran "İrəvan" yarışdan kənarlaşdırıla bilər.