![PFL-ə Almaniyadan sponsor gəlir?](https://apasport.az/storage/news/2022/july/15/big/62d14ddece3b462d14ddece3b5165788412662d14ddece3b262d14ddece3b3.jpeg)
“Almaniyada bir şirkətlə söhbət gedir”.
Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün püşkatma mərasimi zamanı deyib.
Musayev bildirib ki, sponsorluq məsələsi ilə bağlı danışıqlar davam edir: “Bir şirkətlə yazışmalarımız var. Qismət olarsa, alınar. Düşünə bilərsiniz ki, biz böyük məbləğ istəyirik. Amma indiyə qədər əməkdaşlıq etdiyimiz şirkətlərdən soruşa bilərsiniz. Həmin şirkətlərin işıqlandırılmasında PFL-in böyük zəhməti var. Bütün dünyada maddiyyatla bağlı problem var. Danışıq apardığımız şirkətə minimum məbləğ demişik. Haradasa 70-80 faiz razıdırlar”.
- "Tottenhem"ə qarşı oynamış sabiq "Qarabağ"lı: "O gündən bu günə çox şey dəyişib"
- Azərbaycan gimnastı Dünya Kubokunun final mərhələsində
- Xavi meydan oxudu: “Avropa Liqasını qazanmalıyıq”
- “Qarabağ”ın rəqibi toplanışa 33 futbolçu ilə yollandı - SİYAHI
- “Qarabağ”a qol vuran futbolçu “Mançester Siti” və “Çelsi”nin hədəfində