Pley-off matçını idarə edəcək hakimlər briqadası açıqlandı
29.05.2024 - 13:04
![Pley-off matçını idarə edəcək hakimlər briqadası açıqlandı](https://apasport.az/storage/news/2024/may/29/big/6656ef28b1f9d6656ef28b1f9e17169733526656ef28b1f9b6656ef28b1f9c.jpg)
“Şəfa” və “Hypers” komandaları arasında keçiriləcək futbol üzrə II Liqaya vəsiqə uğrunda ilk pley-off oyununun təyinatları bəlli olub.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, matçı FIFA referisi Kamal Umudlu idarə edəcək.
29 may
17:00. “Şəfa” – “Hypers”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“ASCO Arena”
Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyunun 5-də gerçəkləşəcək.
0
0