Premyer Liqa klubu satılır
30.09.2022 - 13:15
“Everton” sahibini dəyişməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun indiki sahibi Farhad Moşiri amerikalı biznesmen Matsek Kaminski ilə danışıqlara başlayıb.
Alqı-satqının 437 milyon avroya gerçəkləşəcəyi gözlənilir. Bunun üçün İngiltərə Premyer Liqasının təsdiqi də vacibdir. Kaminski klubu alsa, Premyer Liqada amerikalıların səhmdarı olduğu komandaların sayı 10-a çatacaq.
Qeyd edək ki, 7 oyunda 7 xal toplayan “Everton” turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
- Regekampfın “Styaua”ya qayıtmasına mane olan 3 SƏBƏB
- Niyaməddin Paşayev: “Hədəflərimiz və istəklərimiz yüksəkdir”
- Qızıl medal qazandı - Olimpiya rekordu qırdı
- "Real" "Bavariya"nın futbolçusu ilə anlaşdı
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla başa çatıb - FOTO
0
0