"Qalatasaray" - "Fənərbaxça" matçının hakimi bəlli oldu
25.12.2023 - 16:40
!["Qalatasaray" - "Fənərbaxça" matçının hakimi bəlli oldu](https://apasport.az/storage/news/2023/december/25/big/6589783f5ce0d6589783f5ce0e17035080316589783f5ce0b6589783f5ce0c.jpg)
Türkiyə Superkubok matçını idarə edəcək hakimin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, matçında Abdulkadir Bitigen söz sahibi olacaq.
Bu barədə Türkiyə Futbol Federasiyası açıqlama verib.
"Əl-Avval Park" stadionunda baş tutacaq qarşılaşmada Abdulkadir Bitigenin köməkçiləri Erdem Bayık və Mustafa Savranlar olacaq. Matçın dördüncü hakimi Volkan Bayarslan olacaq.
Qeyd edək ki, dekabrın 29-da keçirilməsi nəzərdə tutulan qarşılaşmada “Fənərbaxça” və “Qalatasaray” komandaları üz-üzə gələcək. Matç bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
0
0