“Qarabağ” 12 pillə geriləyib
10.11.2024 - 10:32
Klubların dünya reytinqi açıqlanıb.
Apasport.az xəbər verir ki, İFFHS-in tərtib etdiyi siyahıda planetin 507 ən yaxşı komandası yer alıb.
Azərbaycan cədvəldə üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ” 167,25 xalla dünyada 72-cidır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 12 pillə geriləyib.
18 rəqibini özündən irəli buraxan “Zirə” 94,25 xalla 219-cu yerdədir. 59,50 xala malik “Sabah” da geriləyib. 12 pillə aşağı düşən Bakı təmsilçisi 423-cüdür.
Qeyd edək ki, cədvələ 414 xala malik “Real” başçılıq edir.
- Premyer Liqa klubu Lunini heyətinə cəlb etmək istəyir
- Namibiya Milli Olimpiya Komitəsinin prezidenti: "Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var"
- "Fənərbaxça" heyətini 19 yaşlı futbolçu ilə gücləndirdi
- Tamblinq üzrə Bakı birinciliyinə start verilib
- “Barselona” “Qızıl top”un qalibi ilə müqaviləni uzatdı
0
0