"Qarabağ" 3 xal üçün Quba səfərində - YENİLƏNİR
14.02.2026 - 09:42
"Qarabağ" 3 xal üçün Quba səfərində - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XX tura start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında nominal ev sahibi "İmişli" "Qarabağ"ı Qubada qəbul edəcək.

Lider "Sabah"la xal fərqinin daha da artmasını istəməyən Qurbam Qurbanovun yetirmələri meydana ancaq qələbə üçün çıxacaqlar. 

Qış fasiləsindən sonra qələbə üzü görməyən "İmişli" də bu mənfi gedişatı dayandırmaq istəyəcək. 

Görüş 14:30-da start götürəcək.

Misli Premyer Liqası

XX tur

14:30. "İmişli" - "Qarabağ"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov

VAR: Əliyar Ağayev

AVAR: Vüqar Həsənli

Quba. Olimpiya İdman Kompleksinin stadionu.