Fatih Terim İtaliyaya qayıdır
25.09.2023 - 23:20

Fatih Terim yenidən aktiv futbola qayıdır.
Apasport.az saytı xəbər verir ki, “imperator” ləqəbli məşqçinin İtaliyada işləyəcəyi iddia olunur.
70 yaşlı mütəxəssisin keçmiş komandası “Fiorentina”ya rəhbərlik etmək şansı var. 2022-ci ilin yanvar ayında “Qalatasaray”dan ayrıldıqdan bəri komanda idarə etməyən “mister” sabiq klubunun təklifinə müsbət yanaşıb. Terimin agentinin qarşı tərəflə danışıqlara başladığı bildirilir.
Qeyd edək ki, Fatih Terim 2000-2001-ci illərdə “Fiorentina” komandasının sükanı arxasında olub.
- Rahid Əmirquliyev: “Millimiz qrup birincisi ola bilməyəcək”
- "Sabah" Azərbaycan Kubokunda finala vəsiqə qazanan 19-cu komandadır
- “Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılır - QİYMƏTLƏR
- Karvahal hakimi təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər
- “Qalatasaray” “Arsenal”ın futbolçusu ilə anlaşdı
0
0