“Qarabağ” BƏƏ-yə yollanacaq - Özəl
15.10.2024 - 16:49

“Qarabağ” qış təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanıb-yollanmamağı düşünür.
Ağdam təmsilçisinin məşqçilər korpusu qışda hazırlıq üçün zamanın qısa olduğunu nəzərə alaraq, ölkədaxili toplanışın da mümkünlüyünü düşünür.
Apasport.az saytına verilən məlumata görə, “Qarabağ” qış toplanışı üçün ölkə xaricinə də yollana bilər.
Əsas seçim isə bu dəfə Türkiyə deyil.
Məlumata görə, "Qarabağ" Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollana bilər.
Belə ki, Azərbaycan çempionu sezonun qalan hissəsi üçün hazırlığı Dubayda keçə bilər. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır.
- “Turan Tovuz” səfərdə qələbə qazandı - YENİLƏNİB
- Murad Musayev: "Razıyam, stabil deyilik"
- “Qarabağ”ın sabiq futbolçusu: “Bu, Musa Qurbanlı və Ramil Şeydayev üçün xeyirli oldu”
- Misli.az-ın lotereyasının qalibləri Avro-2024 finalını stadiondan izlədilər
- Üç boksçumuz Avropa birinciliyində növbəti mərhələyə adlayıb
0
0