"Qarabağ" dünya reytinqində gerilədi
10.06.2024 - 09:56
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Apasport.az xəbər verir ki, 507 komandadan ibarət siyahıda Azərbaycanın 4 təmsilçisi yer alıb.
5 pillə geriləyən "Qarabağ" (183,75 xal) 53-cü sırada yer alıb. 15 pillə irəliləyən "Zirə" (62,25 xal) 369-cudur.
17 pillə irəliləyən "Sabah" (60,75) 388-ci, 5 addım geriləyən "Neftçi" (59,25 xal) isə 403-cüdür.
Qeyd edək ki, dünya reytinqinə “Mançester Siti” (401 xal) başçılıq edir.
- Yüksək Liqa: UNEC "Murov AZ Terminal"la münasibətlərə aydınlıq gətirəcək
- “Şamaxı” legioneri ilə müqavilə yeniləyib - RƏSMİ
- Bir vaxtların ulduz namizədi Elşən Abdullayev: "Zədələr imkan vermədi..." - Müsahibə
- "Arsenal" və "Liverpul" misirli hücumçu uğrunda mübarizə aparacaqlar
- Mingəçevirdə qaliblər mükafatlandırılıb
0
0