“Qarabağ” dünya reytinqindəki yeri açıqlandı
12.12.2022 - 11:57
![“Qarabağ” dünya reytinqindəki yeri açıqlandı](https://apasport.az/storage/news/2022/december/12/big/6396dee41a1796396dee41a17a16708318446396dee41a1756396dee41a177.jpg)
Klubların dünya reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlində Azərbaycan bir klubla təmsil olunub.
“Qarabağ” 137 xalla dünyada 85-cidir. Azərbaycan çempionu ötən ayla müqayisədə 2 pillə geriləyib.
“Sevilya”, “Atalanta”, “Lion” və “Midtulland”ı arxada qoyan Qurban Qurbanovun komandasını “Fortaleza”, “Melqar”, “Hapoel” B-Ş, “Fiorentina”, “Nitsa” və “Gent” keçib. Konfrans Liqasının pley-offunda “Qarabağ”a rəqib olan Belçika klubu 87-ci pillədən 84-cüyə yüksəlib.
Qeyd edək ki, cədvələ 305 xala malik “Flamenqo” başçılıq edir.
0
0