![“Qarabağ” – “Ferensvaroş” cütünün məğlubunun mümkün rəqibləri bəlli oldu](https://apasport.az/storage/news/2022/august/01/big/62e7b9f075fb662e7b9f075fb7165935358462e7b9f075fb462e7b9f075fb5.jpg)
Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqibi müəyyənləşib.
Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la görüşəcək Ağdam təmsilçisi turu adlaya bilməsə, Avropa Liqasının pley-offunda oynayacaq. Azərbaycan və Macarıstan çempionlarının duelinin məğlubu “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqasının pley-offunun matçları avqustun 18-də və 25-də keçiriləcək. “Qarabağ” – “Ferensvaroş” cütündə uduzan komanda ilk oyunu evdə keçirəcək.
Qeyd edək ki, Ağdam klubu Macarıstan təmsilçisi ilə avqustun 3-də və 9-da qarşılaşacaq.