“Qarabağ” geri düşdü, "Neftçi" irəli - dünya reytinqi
13.06.2023 - 11:23
![“Qarabağ” geri düşdü, "Neftçi" irəli - dünya reytinqi](https://apasport.az/storage/news/2023/june/13/big/648819680bbda648819680bbdb1686641000648819680bbd8648819680bbd9.jpg)
Klubların dünya reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlində planetin 302 ən güclü komandası yer alıb.
Siyahıda Azərbaycanı 2 klub təmsil edir. Premyer Liqanın çempionu dünyanın 71-ci komandasıdır.
Qurban Qurbanovun yetirmələrinin hesabında 138,5 xal var. Ağdam klubu ötən ayla müqayisədə 4 pillə geriləyib.
“Neftçi” isə 67,5 xalla 287-cidir. Bakılılar 21 addım irəliləyib.
Qeyd edək ki, cədvələ 313 xala malik “Real” başçılıq edir. “Mançester Siti” 279 xalla ikinci, “Flamenqo” 278 xalla üçüncüdür.
0
0