"Qarabağ" klubu dünya reytinqində 5 pillə geriləyib.
Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.
Təmsilçimiz 144,75 xalla 119-cu pillədə yer alıb.
"Zirə" (95,75 xal) 233-cü mövqedən 232-yə qalxıb. "Sabah" komandası 50 pillə irəliləyib. Ölkə kubokunun qalibi 76 xalla 317-ci olub.
"Araz-Naxçıvan" isə 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi əvvəlki reytinqdə 454-cü idi.
Qeyd edək ki, birinci pillədə İspaniya təmsilçisi "Real" (470 xal) qərarlaşıb. "Barselona" (434 xal) ikinci, İtaliyanın "İnter" klubu (419) üçüncüdür.
- Aleksandr Lakazett: Fransanın İstedadlı Hücumçusu
- "Mingəçevir"də nə baş verib? - Füzuli Məmmədov "apasport"a açıqladı
- Qurban Qurbanov: “Onu da gördüz, gözdən qaçırmadız. Nəisə”
- "Zirə"nin oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb
- Araz-Naxçıvan”ın legioneri: “Hər kəsə öz keyfiyyətimi bir daha göstərdim”