“Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
08.09.2026 - 14:03
“Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ

“Qarabağ” polşalı qapıçı Mateuş Koxalskinin transferi ilə bağlı qərarını açıqlayıb.

Apasport.az xəbər verir ki, Ağdam klubu Polşanın “Vyeçista” komandasının təklifini və futbolçunun istəyini nəzərə alaraq transferə müsbət cavab verib.

Tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.

Mateuş Koxalski 2024-cü ilin yayında “Qarabağ”a transfer olunmuşdu. Polşalı qolkiper Ağdam təmsilçisinin heyətində 76 oyun keçirib.

O, “Qarabağ”la 2024/25 mövsümündə Azərbaycan çempionu olub, UEFA Çempionlar Liqasında 1/8 finala vəsiqə uğrunda pley-off mərhələsinə qədər irəliləyib. Koxalski turnirdə etdiyi 40 seyv ilə ən yaxşı üç qapıçı sırasında yer alıb.