![“Qarabağ” mövqeyini qorudu](https://apasport.az/storage/news/2023/august/28/big/64ec6e7d9a29364ec6e7d9a294169321638164ec6e7d9a29164ec6e7d9a292.jpg)
Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda “Köhnə qitə”nin 415 ən güclü klubu yer alıb.
Azərbaycanı sıralamada 4 komanda təmsil edir. Yalnız “Qarabağ” “Top-100”də qərarlaşıb.
Azərbaycan çempionu 206 xalla qitənin 74-cüsüdür. Qurban Qurbanovun yetirmələri ötən siyahıdakı mövqeyini qoruyub.
27 xala malik “Neftçi” 11 pillə geriləyib. Bakılılar Avropada 238-cidir.
4 addım geriləyən “Sabah” 20 xalla 261-ci sırada qərarlaşıb. “Qəbələ” mövqeyini 10 pillə pisləşdirib və 5 xalla 368-cidir.
Qeyd edək ki, siyahıya 2165 xala malik “Real” başçılıq edir.