!["Qarabağ" rekordunu təkrarlayıb](https://apasport.az/storage/news/2024/may/13/big/6641b6697fe3e6641b6697fe3f17155825696641b6697fe3c6641b6697fe3d.jpg)
"Qarabağ" Azərbaycan Premyer Liqasında rekordunu təkrarlayıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna XXXIV turda "Zirə"ni səfərdə 1:0 hesabı ilə məğlub etməklə nail olub.
"Köhlən atlar" çempionatda 2023/2024 mövsümündə 91-ci qolunu vurub. Ölkə çempionu bununla da tarixinin rekordunu təkrarlayıb.
Ağdamlılar 2022/2023 mövsümündə 91 dəfə fərqləniblər. Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdir.
Qeyd edək ki, çempion son iki turda “Turan Tovuz”la evdə, “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.