24 illik həsrət sona çatdı - Türkiyənin DÇ-dəki ilk qolu
26.06.2026 - 06:21
Türkiyə millisi dünya çempionatlarında 24 ildən sonra qol sevinci yaşayıb.
Apasport.az xəbər verir ki, yığmanın ABŞ-la matçda vurduğu qol 2002-ci ildən sonra mundialdakı ilk qolu olub.
Tarixi qolun müəllifi Arda Güler olub.
Türkiyənin dünya çempionatlarındakı son qolu 2002-ci ildə İlhan Mansız tərəfindən Cənubi Koreyaya qarşı keçirilən üçüncü yer uğrunda matçda vurulmuşdu.
Xatırladaq ki həmin görüşdə türklər 3:2 hesabı ilə qalib gələrək bürünc medalların sahibi olmuşdular.
0
0