Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın “Lex”lə keçirəcəyi cavab oyunu öncəsi azarkeşləri sürpriz gözləyir.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.
Bildirilib ki, qarşılaşma günü saat 18:30-dan etibarən Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı təşkil olunacaq. Bu üzdən azarkeşlərdən daha erkən saatlardan tribunalardakı yerlərini tutmaları xahiş olunub.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lex” görüşü saat 20:00-da başlayacaq. Polşadakı ilk matçda təmsilçimiz 0:1 hesabı ilə məğlub olub.
- Asplikueta İspaniyaya döndü
- Azərbaycan güləşçiləri "Asiya Uşaqları" Oyunlarında 3 medal qazanıb
- “Red Bull” İtaliyanın köklü klubunu almaq istəyir
- “Mançester Yunayted” yarımmüdafiəçisini azad agent kimi buraxa bilər
- Qrup mərhələsinin yekunu: İngiltərə nəhənglərindən sonra “Qarabağ” – UEFA STATİSTİKASI