"Qarabağ"dan maraqlı addım: Onlar üçün giriş sərbəstdir
14.04.2026 - 14:09
Misli Premyer Liqasının XXVIII turu çərçivəsində "Qarabağ"ın “Sabah” ilə keçiriləcək ev oyununda xanım azarkeşlər üçün giriş tamamilə pulsuz olacaq.
Bu barədə klubun rəsmi sosial media hesabından paylaşım edilib.
Qeyd olunub ki,"Sabah" ilə oyununda "Qarabağ"a dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona giriş sərbəstdir.
Xanımların biletlərini mütləq şəkildə 16,17,18 aprel tarixlərində stadionun kassalardan və ya Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən "Qarabağ" fanşopundan əldə etmələri vacibdir.
- MEDİA çap və onlayn media subyektlərinə dəstək layihəsi elan etdi
- “Liverpul” əfsanəsi: “Mançester Yunayted” gülüş obyektinə çevrilib”
- Olimpiya Oyunlarında tarixi an: 50 ildən sonra əfsanəvi fənd
- "Neftçi"nin Çempionlar Liqasının I təsnifat mərhələsindəki Rəqibi bəlli oldu
- “Fənərbaxça” Ahmet Çakarın iddialarına cavab verdi
0
0