“Qarabağ”dan YENİ REKORD
03.11.2022 - 23:43

“Qarabağ” Avropa Liqasında yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri qrupda toplanan xal sayında Azərbaycan rekordunu yeniləyib.
Ağdam klubu VI turda Bakıda “Frayburq”la görüşüb. Evdəki 1:1 hesablı heç-heçə ilə təmsilçimiz xal sayını 8-ə çatdırıb.
Bununla da 2016/17 mövsümünün rekordu yenilənib. Həmin vaxt “Qarabağ” qrupda 7 xal yığıb.
Qeyd edək ki, “Qarabağ” 7-ci dəfə mübarizə apardığı Avropa Liqasının qrupunda “Qəbələ” iki, “Neftçi” bir dəfə çıxış edib.
- De Bleker "Turan Tovuz" - "Araz-Naxçıvan" matçındakı mübahisəli epizodu şərh etdi
- İlkin Qırtımov: "Komandamın yanında olmaq üçün məşqlərə tez qoşulmağa çalışacağam"
- "Qalatasaray"dan Ziyeşə xəbərdarlıq
- "İmarət Tayfa" Xankəndiyə gedir, sıravi azarkeşlər isə... - ÖZƏL
- De Zerbinin yeni ünvanı bəlli oldu
0
0