“Qarabağ”ın ev oyunlarının yeri dəyişdirildi
21.10.2022 - 14:57

“Qarabağ”ın Premyer Liqada ev oyunlarını keçirdiyi “Azersun Arena” təmirə bağlanıb.
Apasport.az saytı xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, adıçəkilən arenanın ot örtüyündə renovasiya işləri aparılıb. Bu üzdən Ağdam təmsilçisi növbəti bildirişə qədər ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
Qurban Qurbanovun yetirmələri ölkə çempionatının XIII turu çərçivəsində noyabrın 6-da “Kəpəz”i məhz mərkəzi arenada qəbul edəcək.
- Liverpul tarixinə düşmüş 3-lük: Dalqliş, Salah və Yan Raş
- “Kəpəz” 19 ildən sonra: “Turan Tovuz” üçün ilk
- Azərbaycanın iki idman kompleksi beynəlxalq müsabiqədə fərqlənib
- “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək
- Mourinyo "Qalatasaray" derbisi barədə: "Hər matç bizim üçün önəmlidir"
0
0