"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarılıb
06.09.2024 - 10:59
!["Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarılıb](https://apasport.az/storage/news/2024/september/06/big/66daa87b739a566daa87b739a6172560601166daa87b739a366daa87b739a4.jpg)
"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Buna müdafiəçinin zədələnməsi səbəb olub.
Qeyd edək ki, Azərbaycan yığması ötən gün Millətlər Liqasının I turunda Bakıda İsveçə uduzub - 1:3. Milli sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək.
0
0