“Qarabağ”ın gözlədiyi “20”lər
11.07.2023 - 15:11
![“Qarabağ”ın gözlədiyi “20”lər](https://apasport.az/storage/news/2023/july/11/big/64ad38f5eb87764ad38f5eb878168907390964ad38f5eb87564ad38f5eb876.jpg)
Bu gün Cəbəllütariqdə “Linkoln”la qarşılaşacaq “Qarabağ” Çempionlar Liqasında yubileylərin astanasındadır.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu qitənin ən nüfuzlu klub turnirində 19 dəfə qalib gəlib.
Əldə olunacaq növbəti uğur 20-ci qalibiyyət olacaq. Qurban Qurbanovun yetirmələrini mümkün qələbəyə daşıyacaq qol da yubiley xarakteri daşıyacaq.
Çempionumuz bu turnirdə keçirdiyi səfər matçlarında 19 qol vurub. “Linkoln”la ilk görüşdəki top 20-ci kimi tarixə düşəcək.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında 2014-cü ildə debüt edib.
0
0