“Qarabağ”ın sabiq hücumçusu Ovusu Kvabenanın Azərbaycana qayıdışı reallaşa bilərmiş.
Belə ki, Kadi Borgesdən öncə qanalı hücumçuya Misli Premyer Liqasından təkliflər gəlib.
Apasport.az saytına verilən məlumata görə, Ovusunun “Qarabağ”a qayıdışı gündəmdə olmayıb.
Onun xidmətində iddialı klublarımız maraqlı olub. Lakin futbolçunun maliyyə şərtləri çox yüksək olduğu üçün Ovusunun Azərbaycana qayıdışı baş tutmayıb.
Belə ki, klublarımız 27 yaşlı futbolçunun icarəsi üçün belə o səviyyədə yüksək məbləğ ödəmək istəməyiblər. Beləcə, Kvabena “Ankarügücü”nə yollanıb.
Qeyd edək ki, müqavilə ilə “Ferentsvaroş”a məxsus olan Ovusu 2020-23-cü illərdə “Qarabağ”da çıxış edib.
- ÇL: Almaniyada dramatik sonluq, "Arsenal"dan darmadağın - YENİLƏNİB
- Xərçəngdən müalicə olunmuş futbolçu 7 dəqiqəyə het-trik etdi
- Paris-2024: 55 yaşlı rekordçunun hekayəsi
- FIDE tərəfindən 11 yaşlı qrossmeysterə ustalığa namizəd dərəcəsi verilib
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB