Premyer Liqanın XI turu çərçisində keçiriləcək "Qarabağ" - "Şamaxı" oyununun biletləri bu gün saat 13:00-dan etibarən satışdadır.
Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığında dəyişir.
Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Şamaxı" qarşılaşması sabah saat 19:00-da "Azersun Arena"da baş tutacaq.
- UEFA-da Bobana vəzifə verildi – Zidan, Ançelotti, Mourinyo bir Şuraya yığıldı
- “Sumqayıt” və “Zirə” klubları arasında 4 oyunda 1 qol vurulub
- Konfrans Liqası: Emrelinin komandası növbəti mərhələdə - YENİLƏNİB
- “Napoli” oyuncaq mağazasını məhkəməyə verdi
- Lunyovun meneceri: “Lunyovun 200 min avroluq maaşı reallığı əks etdirmir”