“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə hazırlığını davam etdirir.
Apasport.az xəbər verir ki, I Liqanın VII turunun MOİK-lə matçının (3:0) ardından bir həftəlik istirahətə buraxılan komanda bir araya gəldikdən sonra məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.
“Qırmızı-qaralar” hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.
Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda sabah Region Liqasında çıxış edən “Olimpiya” (Ağcabədi) ilə üz-üzə gələcək. Ertəsi gün “qırmızı-qaralar” daha bir qarşılaşmaya çıxacaq. Komandamız “Zaqatala” ilə görüşəcək. Qəbələ şəhər stadionunda baş tutacaq hər iki oyun saat 15:00-da başlayacaq.
- "Çelsi"nin hücumçusu Premyer Liqa tarixində 200-cü het-trikə imza atıb
- “Araz-Naxçıvan”ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- “Napoli”nin sabiq futbolçusu II Liqa klubunda - RƏSMİ
- “Araz-Naxçıvan”dan ilk transfer: İsrailli pleymeyker
- Ançelotti ÇL finalı üçün komandasını favorit adlandırmadı