"Fənərbaxça"nın 26 oyunluq seriyası derbidə qırıldı
08.12.2024 - 11:18
!["Fənərbaxça"nın 26 oyunluq seriyası derbidə qırıldı](https://apasport.az/storage/news/2024/december/08/big/67553b4f67fa267553b4f67fa3173363899167553b4f67fa067553b4f67fa1.webp)
Türkiyə Super Liqasının XV turunda "Beşiktaş" doğma meydanda "Fənərbaxça"nı məğlub edib - 1:0.
Apasport.az xəbər verir ki, "Fənərbaxça" Super Liqada 26 matçdan sonra səfərdə məğlub olub.
2023-2024-cü il mövsümündə 19 səfər matçında uduzmayan "sarı-göylər" bu mövsüm səfərdə keçirdiyi 7 matçda məğlubiyyətsiz qalıb.
“Fənərbaxça” liqada son səfər məğlubiyyətini 2022-2023 mövsümünün son həftəsində “Qalatasaray”a qarşı alıb.
0
0