"Qəbələ"də ayrılıq
15.06.2024 - 20:47
!["Qəbələ"də ayrılıq](https://apasport.az/storage/news/2024/june/15/big/666da8291456f666da829145701718462505666da8291456d666da8291456e.jpg)
“Qəbələ” fransalı futbolçu Bilel Auaşeriya ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 2023-cü ilin yayından bölgə təmsilçisində çıxış edən legioner qırmızı-qara formada 42 matçda 6 qol vurub. Bilel Premyer Liqada 35 (6 qol), Azərbaycan kubokunda 5, avrokuboklarda 2 matçda iştirak edib.
Qeyd edək ki, “Qəbələ” Premyer Liqada 10-cu yeri tutaraq 1-ci liqaya yuvarlanıb.
0
0