“Qəbələ”nin “Fehervar”la matçlarının başlama saatı açıqlandı
23.06.2022 - 16:18
![“Qəbələ”nin “Fehervar”la matçlarının başlama saatı açıqlandı](https://apasport.az/storage/news/2022/june/23/big/62b45a1befbd962b45a1befbda165598671562b45a1befbd562b45a1befbd7.png)
“Qəbələ”nin Konfrans Liqasında “Fehervar”a qarşı keçirəcəyi oyunların vaxtı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
II təsnifat mərhələsinin iyulun 21-dəki matçı saat 21:00-da başlayacaq. Görüş “Mol Arena”da təşkil olunacaq.
Bir həftə sonrakı qarşılaşmaya Qəbələ şəhər stadionu ev sahibliyi edəcək. Bu matç saat 20:00-da start götürəcək.
0
0