Qələbələrini Azərbaycana həsr edən türk idmançılar səfirliyimizdə - FOTO
25.04.2023 - 23:11
![Qələbələrini Azərbaycana həsr edən türk idmançılar səfirliyimizdə - FOTO](https://apasport.az/storage/news/2023/april/25/big/644826cbc4d23644826cbc4d241682450123644826cbc4d21644826cbc4d22.jpeg)
İrəvanda qızıl və gümüş medal qazanaraq böyük nailiyyətlərini Azərbaycana həsr edən türkiyəli ağırlıqqaldıranlar – Cansu Bektaş, Qamze Altun və Nuray Güngör Azərbaycanın Türkiyədəki Səfirliyinə dəvət olunub.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən APA-nın yerli bürosuna məlumat verilib.
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təbrik məktublarını, hədiyyələrini, xoş arzularını və dəvətlərini gənc idmançı qızlarımıza çatdırdıq. Sizinlə fəxr edirik!”, – deyə bildirilib.
0
0