Qurban Qurbanov ikinci “yüzlük”də
01.08.2023 - 20:01
Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.
Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə Azərbaycanın yeganə təmsilçisi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisinin hesabında 1595 xal var.
51 yaşlı mütəxəssis siyahıda 199-cudur. Ötən cədvəllə müqayisədə 5 pillə irəliləyən Qurbanov ikinci “yüzlüy”ə daxil olub.
Qeyd edək ki, siyahıya 2194 xalı olan Pep Qvardiola başçılıq edir.
- Gənclər və idman naziri və ABF prezidenti yığmanın məşqində - FOTOLENT
- Asensio transferi yarıda qaldı: Türkiyəyə gəlməyəcək
- "Araz-Naxçıvan" klubunun akademiyasında inkişaf perspektivləri müzakirə edilib
- Veteran cüdoçumuz 12-ci dəfə dünya çempionu olub
- Super Liqa: “Beşiktaş” evdə “Samsunspor”la bacarmadı
0
0