![Qurban Qurbanov irəlilədi, Regekampf mövqeyini qorudu](https://apasport.az/storage/news/2023/april/18/big/643e9cb9ac825643e9cb9ac8261681824953643e9cb9ac823643e9cb9ac824.jpg)
Dünyanın ən yaxşı məşqçilərinin reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.
Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın çalışdırıcısı 1595 xalla 204-cü yerdə qərarlaşıb.
51 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 1 pillə irəliləyişə nail olub.
Azərbaycan Premyer Liqasında çalışan daha bir mütəxəssis cədvəldə yer alıb. “Neftçi”nin rumıniyalı baş məşqçisi Laurentsiu Regekampf 1627 xalla 174-cüdür. Legioner mütəxəssisin mövqeyi dəyişməz qalıb.
Qeyd edək ki, ilk “üçlük” dəyişməz qalıb. Siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) liderin ən yaxın izləyiciləridir.