Rafael Ağayev amerikalı rəqibini evinə dəvət etdi - VİDEO
16.12.2022 - 22:30
Karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev "Karate Kombat" turnirindəki rəqibi Reymond Danielsi evinə dəvət edib.
Apasport.az-ın xəbərinə görə, 42 yaşlı amerikalı Daniels Ağayev kimi karatedə adlı-sanlı rəqiblə döyüşəcəyi üçün fəxr etdiyini bildirib.
Ağayev isə cavabında onu Azərbaycana dəvət edib, qapılarının onun üzünə açıq olduğunu vurğulayıb.
Qeyd edək ki, Rafael Ağayev Reymond Danielslə sabah kəmər döyüşünə çıxacaq. ABŞ-ın Florida ştatında baş tutacaq döyüş "Karate Kombat - 37" turniri Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.
Səbuhi Musa
- “Qarabağ”da çox, “Şamaxı”da yox - “Qəbələ”dən 100 faizlik nəticə
- XİN Ermənistanı Azərbaycan bayrağını yandıran şəxsi dərhal məsuliyyətə cəlb etməyə çağırdı
- Paytaxtın abad məhəllələrində minifutbol yarışları keçirilir
- Depay formasında soyadının yazılmamasının SİRRİNİ AÇIQLADI
- Qurban Qurbanov: “Xahiş edirəm ki, mənə bir də bu barədə sual verməyəsiz”
0
0