"Milli komandamız hər iki matça yaxşı oyun və xallar qazanmaq istəyi ilə çıxmalıdırlar”.
Bu sözləri apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev deyib.
34 yaşlı futbol veteranı yığmamızın AVRO-2024-ün seçmə mərhələsindəki ilk oyunları barədə danışıb. Əliyev Avstriya və İsveçlə səfər matçlarından gözləntilərini açıqlayıb: “Hər şey mümkündür. Doğrudur, Avstriya və İsveç çox güclü yığmalardır. Elə-belə komandalar deyillər. Daim dünya çempionatında, Avropa çempionatında iştirak edirlər. Amma futbolda hazırda sensasiya yoxdur, çətin də olsa, xal almaq mümkündür”.
Sabiq hücumçu martın 24-də və 27-də səfərdə keçiriləcək qarşılaşmalarda yaxşı nəticə olacağına ümid edir: “Millimizdəki hər bir oyunçudan gözləntim var. Əllərindən gələni etməlidirlər. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
Qeyd edək ki, Rauf millidə keçirdiyi 47 matçda 7 qola imza atıb.
- "Fənərbaxça" Türkiyə kubokunun yarımfinalında "Beşiktaş"ı darmadağın etdi
- Bundesliqada 28 illik sindrom qırıldı
- BOK prezidentinin Olimpiya Oyunları ilə bağlı açıqlaması
- Sənan Qurbanov: “Mahir üçün həyəcan siqnalı çalınmalıdır” - MÜSAHİBƏ
- “Sumqayıt” “Başakşehir”in sabiq hücumçusu barədə qərarını verdi