“Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli apasport.az saytına açıqlama verib.
Ağdam klubunda uzun illər oynamış veteran futbolçu hazırda “Qarabağ”ın forvardı olan, həmyerlisi Redon Cica barədə danışıb.
Aqolli onun keyfiyyətli futbolçu olduğuna inandığını deyib: “Təbii ki, Redonu izləyirəm. Onun çox yaxşı futbolçu olduğuna inanıram. O, tam olaraq keyfiyyətini göstərə bilər. Bəlkə də, hələ ki, bunu göstərməyib. Amma inanıram ki, çox yaxşı futbolçudur. Hər halda, daha da yaxşısını edə bilər. Hər şey məşqdə işləməklə olur. Əminəm ki, o, daha da yaxşı işləyib, kluba xeyir verəcək”.
Qeyd edək ki, Cica 2023-cü il yanvarın 24-də "Qarabağ"a keçib. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Aqolli isə 2010-19-cu illər arasında "Qarabağ"da çıxış edib.
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eyni ildə dünya çempionatı və Çempionlar Liqasını qazananlar - SİYAHI
- “Fiorentina"nın futbolçusunun ürəyinə defibrilyator quraşdırılıb
- Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib - FOTO
- Yüksək Liqa: İlin ilk oyunlarının vaxtları müəyyənləşib