“Səbail”in qol seriyası qırılıb.
Apasport.az xəbər verir ki, Misli Premyer Liqasında mövsümün ilk 13 oyununda meydanı qolsuz tərk etməyən Şahin Diniyevin yetirmələri “Kəpəz”in qapısına yol tapmayıb. XIV turun matçı qolsuz heç-heçə ilə başa çatıb.
Bakılılar əvvəlki 13 görüşdə 22 qola imza atıb. Paytaxt klubu mövsümün startındakı qollu oyunlar sayında son 23 mövsümün rekordunu təkrarlayıb.
“Neftçi” 2018/19, “Zirə” 2021/22, “Qarabağ” 2022/23 mövsümündə ilk 13 görüşü qol vurmadan tərk etməyib.
Ölkə çempionatlarının 31 illik tarixində yalnız iki komanda daha uzun seriyaya malik olub. “Kəpəz” 1993/94, “Neftçi” 2000/01 mövsümlərində startda ardıcıl 14 oyun qol sevinci yaşayıb. Tarixin 3-cü nəticəsinə şərik olan “Səbail”in bu rekordun bir addımlığında dayanıb.
- Ramin Quliyev: "Kapitanlıq sarğısının Emin Mahmudovdan alınması yanlış idi" - Müsahibə
- Krakov-2023: Keyşa və Edi pley-offda, cütlər yenə məğlub oldu - YENİLƏNİB
- Bakıda yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışına start verilib - FOTO
- "Barselona"nın çempionluğu ertələndi - “Real”dan əzmkar qələbə
- "Real"da ciddi itki