Rəşadla Maksimi ayıran “31”
06.06.2022 - 21:51

Azərbaycan millisinin Belarusla keçirəcəyi bugünkü qarşılama Maksim Medvedev üçün əlamətdar olacaq.
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının II turunun səfər matçı təcrübəli müdafiəçinin yığmada 80-ci sınağı olacaq.
Yığmamızın kapitanı Serbiyadakı görüşün start heyətində yer alaraq Aslan Kərimova çatıb. Maksim millidəki oyun sayında 2-ci yerə şərik olub.
Medvedev yalnız Rəşad Sadıqovdan geri qalır. O, 111 matça çıxan sabiq “14 nömrə”dən 31 matç geri qalır.
Qeyd edək ki, Maksim yığmada 79 matça çıxan Kamran Ağayevi arxada qoyub.
- AVF-dən "Xarı Bülbül Şuşa" və “Xarı Bülbbül Laçın”la bağlı açıqlama
- Kamal Quliyev: "Yaltaqlıq, düşüklük eləsəydim, AFFA-da vəzifədə olardım" - "Ofsayd"
- Tarixin ən pis Braziliya millisi
- Sərbəst güləşçimiz Avropa çempionatının qalibi olub
- Françesko Farioli: “Qarabağ” güclü rəqibdir, bir çox titulları var"
0
0