Ronaldo rekorda doymaq bilmir
25.11.2023 - 19:06
![Ronaldo rekorda doymaq bilmir](https://apasport.az/storage/news/2023/november/25/big/65620891575866562089157587170092353765620891575846562089157585.jpeg)
Kriştiano Ronaldo daha bir rekorda sahib olub.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nəsr”in şərəfini qoruyan hücumçu “Əl-Axdud”la (3:0) qarşılaşmada iki qol vurub.
38 yaşlı superistedad yüksək milli divizionlarda vurduğu qolların sayını 527-yə çatdırıb. Bununla da o bu göstəricidə 1931-1957-ci illərdə Avstriya və Çexoslovakiya çempionatlarında çıxış edən Yozef Bikanın 526 qolluq rekordunu qırmış olub.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 34-ə çatdıran “Əl-Nəsr” lider “Əl-Hial”dan cəmi 1 xal geri qalır.
0
0